Sentyabr 13, 2025-0:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Peşə hazırlığına cəlb olunanlara verilən təqaüdün məbləği iki dəfə azaldılır

2024:06:07 - 13:38
in SOSİAL
A A

Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüdün məbləği iki dəfə azaldılır.

“Report”un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Sənədin qeyd hissəsində bildirilir ki, peşə hazırlığına cəlb olunmuş şəxslərə təqaüd məbləğinin minimum əməkhaqqının 50 faizi məbləğində müəyyən olunması ilə bağlı 29-cu maddəyə dəyişiklik edilməsi nəzərdə tutulur. Belə ki, ölkə üzrə minimum aylıq əməkhaqqının hər il artırılması qeyd olunan təqaüd məbləğinin də artmasına gətirib çıxarır. Bu isə sui-istifadə halları yaradaraq, işlə təmin edilmə imkanları olan şəxslərin ehtiyac olmadığı halda peşə hazırlığına üstünlük vermələri ilə nəticələnməklə, peşə hazırlığına həqiqətən ehtiyacı olan şəxslərin bu imkandan istifadə etmələrinə əngəl yaradır.

Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024‒2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nda işğaldan azad edilmiş ərazilərdə məskunlaşan 12 min nəfərin 2026-cı ilədək peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.

Əvvəlki Yazı

Azərbaycanda kvotadan əlavə iş yerlərinin yaradılması qaydası müəyyən edilir

Növbəti Yazı

Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlığa dair sənəd imzalanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.