Avropa Komissiyası (AK) Aİ-yə üzv ölkələrə icmaya qoşulmaq üçün Ukrayna və Moldova ilə faktiki olaraq danışıqlara başlamağı tövsiyə edib. Bu barədə AK nümayəndəsi Ana Pizonero Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
“Avropa İttifaqı səfirlərinin iclasının gündəliyinə Moldova və Ukrayna ilə danışıqlara başlamaq bəndi daxil edilib. Hesab edirik ki, bu məsələ qapalıdır. Biz Ukrayna və Moldovanın bütün şərtləri yerinə yetirdiyinə inandığımız barədə üzv ölkələrə yenilənmiş məlumat vermişik. Qərar artıq üzv ölkələrin əlindədir” deyib.
AK nümayəndəsi vurğulayıb ki, Avropa Komissiyasının fikrincə, Kiyev milli azlıqların hüquqlarını qorumaq üçün Macarıstanın irəli sürdüyü şərtlər də daxil olmaqla, bütün şərtləri yerinə yetirib. (Tass)