Sentyabr 13, 2025-7:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Qadınlar üçün Kosmos” mentorluq proqramı yekunlaşıb

2024:06:07 - 15:22
in İQTİSADİYYAT
A A

Kosmik Ticarət İnstitutu (Space Commerce Institute) və “Azərkosmos” arasında tərəfdaşlıq çərçivəsində həyata keçirilən “Qadınlar üçün Kosmos” mentorluq proqramı yekunlaşıb.

AZƏRTAC “Azərkosmos”a istinadla xəbər verir ki, proqramın bağlanış mərasimində çıxış edən “Azərkosmos”un sədr müavini Dunay Bədirxanov Agentlikdə çalışan hər üç nəfərdən birinin qadın olmasını diqqətə çatdıraraq, kosmik sahənin inkişafında qadınların rolunu vurğulayıb, bu gün mentorluq proqramını uğurla bitirən iştirakçıları təbrik edib.

Öz növbəsində təbriklərə qoşulan “Azərkosmos”un Strategiya və biznesin inkişafı departamenti direktoru Natavan Həsənova bu mentorluq proqramına 150-dən çox müraciətin daxil olduğunu bildirib. Onun sözlərinə görə, bu rəqəm Azərbaycanda qadınların milli kosmik sahəyə marağının bariz nümunəsidir.

Mərasimin sonunda “Qadınlar üçün Kosmos” mentorluq proqramının məzunları Qəndab Məmmədova, Həcər Nağıyeva, Aysel İbrahimova və Xanım Əzimovaya sertifikat və hədiyyə təqdim olundu.

Qeyd edirik ki, ölkəmizdə ilk dəfə keçirilən və üç ay davam etmiş bu mentorluq proqramının əsas məqsədi kosmos sahəsində qadınların tam potensiallarını aşkar etmək və onların qlobal əməkdaşlıqda iştirakını dəstəkləməkdən ibarətdir.

Əvvəlki Yazı

Belarus Vilnüsün hərəkətlərinə qiymət verilməsi tələbi ilə Avropaya müraciət etmək niyyətindədir

Növbəti Yazı

ABŞ Kiyevə 225 milyon dollar dəyərində yeni yardım paketi verəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.