Sentyabr 13, 2025-2:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Naxçıvan Dövlət Universitetinin yeni loqosu ictimaiyyətə təqdim edilib

2024:06:07 - 15:42
in SOSİAL
A A

 

Naxçıvan Dövlət Universitetinin (NDU) yeni loqosunun təqdimat mərasimi keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə rektor Elbrus İsayev öz dövrünə görə vizuallıq baxımından müxtəlif meyarlara uyğun olsa da, zaman keçdikcə universitetin loqosunun dəyişilməsinin və daha müasir standartlara cavab verən, zamanın tələblərinə uyğun olan yeni bir loqonun ərsəyə gəlməsi üçün müəyyən bir zərurətin yarandığını bildirib. Qeyd edib ki, bu məqsədlə bir ildən artıq davam edən müsabiqəyə 100-dən artıq iş qəbul olunub. Müsabiqənin səsverməsinin sorğu şəklində keçirildiyini bildirən rektor loqotipin təkliflərini ictimaiyyətdən, həmçinin NDU kollektivi üzvlərindən alındığını bildirib. Elbrus İsayev vurğulayıb ki, yeni loqo kifayət qədər sadədir. Loqoda Naxçıvanın rənglərinə üstünlük verilib: “Loqo hazırlanarkən Naxçıvanın özünün təbii, orijinal təbiətdən aldığı və min illərdir abidələrimiz üzərində yaşayan təbii rənglərini yenidən kəşf etdik. Eyni zamanda, loqomuzda həm tələbəyönümlülük, həm də təhsil, tədqiqat, innovasiya mövzusu nəzərə alınıb. Loqotipimiz gələcək elmi, innovasiyanı təşviq edən, onu simvolizə edən bir göstərici kimi bu gün kollektivimizə, ictimaiyyətə təqdim olunur. Əminəm ki, bu loqonun işığında NDU bundan sonra daha böyük uğurlara imza atacaq”.

NDU-nun şöbə müdiri Vüsal Novruzov bildirib ki, loqodakı rəng seçimləri – firuzə mavisi Naxçıvanın təbiətini, qızılı isə günəşli torpaqları xatırladır. Dizaynda istifadə olunan müasir və minimalist üslub universitetin yeniliklərə açıq olduğunu və müasir təhsil metodlarının tətbiqi barədə ilkin rəy yaradır. Loqo universitet ağacı konsepsiyasında yığılıb. Loqoda yer alan meyvə və çiçəklər məzunları, tələbələri simvolizə edir. Vüsal Novruzov deyib ki, loqoda əks olunan bütün ornamentlər elmi simvolizə edir. İnsanın mərkəzdə dayanması isə NDU-nun insan mərkəzli, tələbə mərkəzli bir təhsil sistemi və qurum olduğunu göstərir. Yeni loqo universitetin təhsil, tədqiqat və innovasiya imkanlarını yaradıcılıq elementləri fonunda özündə birləşdirir.

Qeyd edək ki, sürətlə modernləşən NDU-da həyata keçirilən kompleks tədbirlər yeni dövrün universitetinə çevrilmək məqsədinə xidmət edir.

Əvvəlki Yazı

ABŞ Kiyevə 225 milyon dollar dəyərində yeni yardım paketi verəcək

Növbəti Yazı

Aynur Sofiyeva: Beynəlxalq təmsilçilikdə qadınların roluna dair məlumatları əldə edə bilmədik

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.