2023-cü il oktyabrın 7-də Fələstin-İsrail münaqişəsində gərginliyin yeni mərhələsi başlayandan sonra Qəzza zolağının ÜDM-i 83,5% azalıb. Bu barədə Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Fələstin Mərkəzi Statistika Bürosunun (PCBS) birgə hazırladığı hesabatda deyilir.
BƏT-in saytında dərc olunan mətnə görə , “son səkkiz ay ərzində real ÜDM Qəzzada heyrətamiz dərəcədə 83,5%, Qərb Sahilində isə 22,7% azalıb”.
Bundan əlavə, hesabatda qeyd olunur ki, davam edən hərbi əməliyyatlar fonunda anklavda işsizlik səviyyəsi 79,1% təşkil edib. Qərb Sahilində işsizlik nisbəti 32%-ə yüksəlib. Aydınlaşdırılır ki, bu statistika işsizlik səbəbindən işçi qüvvəsini tərk etmiş fələstinliləri nəzərə almır. Özəl sektoru da “ağır böhran” bürüdü. Belə ki, Qəzzada demək olar ki, bütün özəl müəssisələr ya fəaliyyətini tamamilə dayandırıb, ya da hasilatı əhəmiyyətli dərəcədə azaldıb.
BƏT-in Ərəb Dövlətləri üzrə regional direktoru Ruba Jaradat bildirib ki, gərginləşən münaqişə “geniş iqtisadi ziyana” səbəb olub və Qəzzada fələstinliləri dolanışıq vasitələrindən məhrum edib. (Tass)