Hizbullah şiə milislərinin döyüşçüləri Beyt Hillel və Kfar Yuval yaşayış məntəqələri yaxınlığında İsrail Müdafiə Qüvvələrinin mövqelərinə hücum ediblər. Bu barədə birləşmənin hərbi informasiya xidmətinin Telegram-kanalında yerləşdirilmiş hesabatda bildirilir.
“İslam müqaviməti döyüşçüləri Beit Hillel bölgəsindəki batalyon qərargahını və Kfar Yuvaldakı kazarmaları vurmaq üçün “Fəlaq-2” raketlərindən istifadə edib”, – deyə məlumatda bildirilir: “Birbaşa zərbələr nəticəsində düşmən sıralarında itkilər olub”.
“Naharnet” xəbər portalının qeyd etdiyi kimi , ötən il oktyabrın 8-dən bəri ilk dəfə olaraq şiə qoşunları İsrail əsgərlərinə qarşı 10,8 km mənzilli İran istehsalı olan “Fəlaq-2” idarə olunmayan raketlərdən istifadə ediblər;
Kiryat Şmona şəhəri və qonşu HaQoshrim, Maayan Baruch və Misgav Am kəndləri çoxsaylı raket sistemlərindən atəşə tutulub. Mülki itkilər barədə məlumat verilmir. Kamikadze pilotsuz təyyarələr işğal altındakı Qolan təpələrindəki Snirdəki artilleriya bazasına hücum edib. (Tass)