BRİKS-ə üzv ölkələrin xarici işlər nazirlərinin Nijni Novqorodda keçiriləcək iclasında 22 ölkənin nümayəndələrinin iştirakı gözlənilir. Bu barədə jurnalistlərə tədbirin təşkilatçıları məlumat verib.
Onların sözlərinə görə, bazar ertəsi keçirilən görüşlərdə Rusiya, Braziliya, Misir, Hindistan, İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və Cənubi Afrika Respublikasının nümayəndələri iştirak edir.
İyunun 11-də keçiriləcək tədbirlərə ilkin olaraq Banqladeş, Bəhreyn, Belarus, Venesuela, Vyetnam, Qazaxıstan, Kuba, Laos, Mavritaniya, Səudiyyə Ərəbistanı, Tayland, Türkiyə və Şri-Lankanın daxil olacağı gözlənilir. (Tass)