İsrailin Qəzza zolağındakı hərəkətləri regional və qlobal təhlükəsizliyi təhdid edir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə deyib.
“İsrailin Fələstin ərazilərində, xüsusən də Qəzzada törətdiyi soyqırımı davam edir, bu cinayətlərlə İsrail təkcə regional deyil, həm də qlobal təhlükəsizliyi təhdid edir. Fələstin probleminin daimi həlli paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasıdır ”.O vurğulayıb ki, “beynəlxalq ictimaiyyət bu məsələdə İsrailə təzyiq göstərməlidir”.
İki saata yaxın davam edən görüşdə Türkiyə ilə Azərbaycan arasında münasibətlər, Qəzzədəki vəziyyət, “Azərbaycanın işğaldan azad edilmiş əraziləri”ndə aparılan bərpa işləri, regional və qlobal məsələlər müzakirə olunub. (Tass)