May 10, 2025-22:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Anar Nəcəfli: “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 80 %-i tamamlanıb”

2023:10:04 - 10:00
in SOSİAL
A A
Azərbaycan üçün böyük əhəmiyyətə malik olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 80 %-i tamamlanıb.

Bunu “Report”a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

O bildirib ki, Cəbrayıl və Zəngilan rayonu ərazisindən keçən ən mühüm yol infrastrukturu layihələrindən biri Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissəsinin tikintisidir: “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 123,5 km təşkil edir. Layihə üzrə fiziki tərəqqi 80 %-dir. Yol birinci texniki dərəcəyə uyğun 4 və 6 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol boyunca 58 alt keçid, 27 körpü, 12 km uzunluğa malik isə 3 tunelin inşası həyata keçirilir. Süni qurğular üzrə işlər 89 %, körpülər və tunellər üzrə isə ümumilikdə 77 % tamamlanıb. Yeni yola paralel olaraq uzunluğu 144 km olan mövcud yolun da hazırda yenidən qurulması işləri tərəfimizdən icra olunur. Bu işlər hazırda Horadiz-Zəngilan hissəsində aparılır”.

A.Nəcəfli qeyd edib ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağdam avtomobil yolundan başlanğıcını götürən daha bir yol isə Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoludur: “Yolun ümumi uzunluğu 39,7 km təşkil edir. Yol birinci texniki dərəcəyə uyğun 4 hərəkət zolaqlı olmaqla inşa edilir. Dövlətimizin başçısı 2022-ci il oktyabrın 19-da sözügedən yolun Cəbrayıl şəhərinə qədər olan 14,2 km-lik hissəsinin, həmçinin bu ilin may ayının 5-də Cəbrayıl şəhərindən sonrakı 8,2 km-lik hissəsinin açılışında iştirak edib. Yolun qalan hissəsinin tikintisi davam edir və artıq yekunlaşmaq üzrədir”.

Əvvəlki Yazı

ABŞ ukraynalıların maaşları üçün pul çatışmazlığı ilə bağlı xəbərdarlıq edib

Növbəti Yazı

Bu gün Cəbrayıl Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından 3 il ötür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.