Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində səudiyyəli həmkarı Feysəl bin Fərhan Əl Səud ilə Yaxın Şərq münaqişəsinin həlli üçün səylərin birləşdirilməsini müzakirə edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“İki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri çoxşaxəli Rusiya-Səudiyyə əməkdaşlığının gələcək inkişaf perspektivlərini ətraflı müzakirə ediblər, qlobal və regional gündəlikdəki aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb”. “Orta Şərq regionunda kəskin böhranların, o cümlədən Fələstin-İsrail münaqişəsinin tezliklə siyasi diplomatik yolla həllini təmin etmək üçün kollektiv səylərin birləşdirilməsi zərurətinin lehinə ortaq mövqe təsdiqlənib”. (Tass)