İsrailin İordan çayının qərb sahilində Ramallah şəhəri yaxınlığındakı kəndə hücumu nəticəsində azı 4 fələstinli ölüb, 8 nəfər yaralanıb. Bu barədə WAFA agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, İsrail hərbçiləri Ramallah şəhərinin qərbində yerləşən Kafr Nima kəndi yaxınlığında avtomobili atəşə tutub, nəticədə 4 nəfər ölüb.
Bundan sonra agentliyin məlumatına görə, İsrail ordusu kəndə hücum edib və nəticədə ən azı 8 nəfər yaralanıb. Zərərçəkənlər tibb müəssisələrinə aparılıb. (Tass)