ABŞ Ermənistanla təhlükəsizlik əlaqələrini dərinləşdirməyə hazırdır. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayen İrəvanda Ermənistan və ABŞ arasında strateji dialoqun iclasında bildirib.
“Biz müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı işi davam etdirəcəyik. Qeyd etdiyimiz kimi, ilk birgə təlimimiz keçən il baş tutub. Biz daha çoxunu səbirsizliklə gözləyirik. Kibertəhlükəsizlik, enerji təhlükəsizliyi və digər məsələlərdə əməkdaşlıq edə bilərik”, – o, bildirib. (Tass)