Venesuela yeni dünya nizamı qurmaq üçün böyük səylər göstərən BRİKS-ə qoşulmaq arzusunu bəyan edir. Bunu Venesuelanın xarici işlər naziri İvan Gil Pinto BRİKS xarici işlər nazirlərinin görüşü çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqları zamanı deyib.
“Prezident Nikolas Maduro adından Rusiyanı bu gün BRİKS-in dostları kimi çıxış etməyə dəvət etdiyiniz üçün sizə təşəkkür edirik. Biz xalqlarımızın rifahı arzusuna əsaslanan yeni dünya düzəninin yaradılması üçün böyük səylər göstəririk”. (Tass)