Ukrayna Ali Radasında iqtisadi ehtiyatla bağlı yeni qanun layihəsi qeydə alınıb. Bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.
Qanun layihəsinə uyğun olaraq, bütün müəssisələrə ayda 20 min qrivna artırılmış hərbi rüsum ödənilən işçiləri sifariş etmək imkanı verilməsi təklif olunur.
Nəşrin məlumatına görə, qanun layihəsini iqtisadi inkişaf komitəsinin rəhbəri Dmitri Nataluxa ilə birlikdə bir qrup deputat təqdim edib. (Tass)