Avqust 11, 2025-21:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib

2024:06:12 - 14:07
in İQTİSADİYYAT
A A

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk dəfə keçirilən hərracda Laçın rayonundakı “Əhmədli” mişar daşı və Qubadlının “Hacılı” əhəng daşı yataqları sahibkarların istifadəsinə verilib.

“Report”un Zənginlan rayonun Ağalı kəndinə ezam olunmuş müxbiri xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda ilk dəfə hərrac keçirilib.

Faydalı qazıntı yataqları üzrə edilən son təkliflər ilkin qiymətdən yüksək olub.

Dövlət Mineral Xammal Ehtiyatlarının İstifadə Agentliyinin sədr müavini Elçin Məcidov bildirib ki, işğaldan azad edilən bölgələrə məxsus faydalı qazıntı yataqlarının istismara verilməsi Qarabağ və Şərqi Zəngəzur regionunun iqtisadi inkişafına töhfə olacaq.

“Bu, doğma torpaqlarına geri dönən soydaşlarımızın işlə təminatı baxımından da vacib məqamdır. Faydalı qazıntı yataqlarının səmərəli istismarı azad olunmuş bölgələrimizin bərpasında və yenidən qurulmasında müstəsna əhəmiyyətə malikdir”, – E. Məcidov qeyd edib.

Onun sözlərinə görə, faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı keçirilən hərraclar bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkan və əlverişli şərait yaradır.

Qeyd edək ki, hərracda 4 istismarçı şirkət 10 lot üzrə rəqabət aparıb.

Əvvəlki Yazı

Kimliyi 31 ildən sonra müəyyənləşən şəhidin məzarı abadlaşdırılıb

Növbəti Yazı

Hindistan İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirak edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.