İyunun 15-16-da İsveçrədə Ukrayna üzrə keçirilməsi planlaşdırılan konfransda Hindistan təmsil olunacaq, lakin Nyu Dehli hələlik iştirak səviyyəsi ilə bağlı qərar verməyib. Bunu brifinqdə Hindistan xarici işlər nazirinin birinci müavini Vinay Kvatra deyib.
“Hindistan İsveçrədə keçiriləcək sülh konfransında müvafiq səviyyədə iştirak edəcək. Hazırda bu məsələ ilə bağlı müzakirələr davam edir. Hindistan nümayəndəsi ilə bağlı qərar qəbul etdikdən sonra bu məlumatı paylaşmaqdan məmnun olarıq”, – o deyib. (Tass)