Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, hökumət yalnız xalq istəsə istefa verəcək.
“Mən onlarla dəfə bəyan etmişəm ki, əgər Ermənistan xalqı hakimiyyət dəyişikliyini istəyirsə, o zaman Ermənistan Respublikasının xalqı bu dəyişikliyi həyata keçirəcək”, o, müxalifətin mitinq keçirdiyi binanın qarşısındakı brifinqdə deyib.
Paşinyan həmçinin parlament binası yaxınlığında çoxlu sayda polis qüvvələrinin və xüsusi texnikanın yığılmasını “qanunvericilik orqanının normal fəaliyyətinin təmin edilməsi” zərurəti ilə izah edib. (Tass)