Ciddəyə gələn Səudiyyə Ərəbistanının vəliəhdi, baş naziri Məhəmməd bin Salman Əl Səud və Ukrayna prezidenti Vladimir Zelenski Kiyev və Ər-Riyad münasibətləri və Ukrayna üzrə konfransa hazırlıq məsələlərini müzakirə ediblər. Bu barədə Zelenskinin Teleqram kanalında məlumat verilib.
“Biz Ukrayna və Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətləri müzakirə etdik və əvvəlki razılaşmalarımızın həyata keçirilməsinin yaxşı dinamikasını qeyd etdik”, – Zelenski yazıb. Bundan başqa, onun sözlərinə görə, Ukrayna üzrə konfransa hazırlıq müzakirə olunub.
İsveçrə hakimiyyəti iyunun 15-16-da Bürgenstok kurortunda Ukrayna ilə bağlı konfrans keçirməyi planlaşdırır. Bern 160-dan çox nümayəndə heyətini, o cümlədən Yeddilik Qrupu, İyirmilik Qrupu və BRİKS ölkələrini dəvət edib. İsveçrə rəhbərliyi bu görüşə dəvət olunanlar arasında Rusiya Federasiyasının olmadığını bildirib. (Tass)