Sentyabr 12, 2025-12:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan Britaniya şirkətinə Gədəbəydəki filiz tullantıları anbarını genişləndirməyə icazə verib

2024:06:13 - 13:59
in İQTİSADİYYAT
A A
“Azerbaijan International Mining Company Limited” (AIMC – Böyük Britaniyanın qızıl mədən şirkəti olan “Anglo-Asian Mining”in törəmə şirkəti) Azərbaycan hökumətindən Gədəbəy yatağındakı tullantı bəndinin divarının qaldırılmasına icazə alıb.“Report” xəbər verir ki, bu barədə AAM-ın məlumatında qeyd edilib.“AIMC mövcud tullantı bəndinin divarının qaldırılması üçün Fövqəladə Hallar Nazirliyindən texniki təsdiq və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müsbət ekoloji hesabat alıb. Tikinti işlərinə başlanılmasına icazə Dövlət Arxitektura və Şəhərsalma Komitəsi, Gədəbəy Rayon İcra Hakimiyyəti kimi dövlət qurumlarının müəyyən inzibati rəsmiləşdirmələrdən asılıdır və bu prosesin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur”, – məlumatda bildirilib.Qeyd olunub ki, AIMC əvvəllər Azərbaycan hökumətinə demək olar ki, dolu olan mövcud tullantı bəndinin divarının qaldırılmasına icazə verilməsi üçün müraciət edib. 2-3 illik istehsal fəaliyyəti üçün kifayət qədər saxlama qabiliyyətini təmin etmək üçün divar 7 metr yuxarı qaldırılacaq.“Nəticədə divar layihədə nəzərdə tutulan hündürlüyə çatdırılacaq. Bu proses iki mərhələdə həyata keçiriləcək. Tikinti işlərinə icazə verildikdən sonra divarın ilk 2,5 metr yuxarı qaldırılması təxminən 3 ay sonra tamamlanacaq”, – məlumatda vurğulanıb.Xatırladaq ki, hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
Əvvəlki Yazı

Yüzlərlə təqaüdçünün kartından pul oğurlanıb, şübhəli saxlanılıb

Növbəti Yazı

Bakıda “Çiçəklənən Şuşa” adlı sərgi açılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.