Sentyabr 12, 2025-14:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Bakıda “Çiçəklənən Şuşa” adlı sərgi açılıb

2024:06:13 - 14:18
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Səyyar Əliyevin “Çiçəklənən Şuşa” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə 80-dən çox əsər yer alıb. Ekspozisiyada fırça ustasının Şuşaya, Xocalı faciəsinə həsr olunan əsərləri, abstrakt və peyzaj janrında çəkdiyi rəsmləri nümayiş olunur. Sərgidə həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətin nəticəsində Vətən müharibəsində əldə olunmuş Qələbəyə həsr olunmuş “Ata vəsiyyəti”, “Şuşa qalası”, “Cıdır düzü”, “Xarıbülbül” əsərlərini də görmək olar.

“2016-cı ildə Azərbaycan Rəssamlar İttifaqında sərgim açılanda dedim ki, vaxt gələcək biz Şuşaya qayıdacağıq. Ən böyük arzum Şuşada qalereya açmaqdır. Planlarımda pulsuz rəssamlıq məktəbi açmaq da var. Şuşaya ilk gəldiyimdə ən sevdiyim Cıdır düzünə getdim. Oranı gördüyümdə məni sevinc hissi bürüdü, çünki qəlbində qayıtmaq ümidi ilə yaşayırdım. Sonra illər öncə ayrıldığım evimə getdim. Evin həyətində bitən armud ağacını qucaqladım və kövrəldim. Elə bildim ki, dünyanı mənə verdilər”, – deyə rəssam AZƏRTAC-a müsahibəsində deyib.

Sərgidə rəssamın müasir incəsənətə olan unikal baxışını əks etdirən ən yeni əsərləri nümayiş olunur. Səyyar Əliyevin hər bir əsəri dərin fəlsəfə və zərifliklə doludur, ruhun ən incə tellərini titrədə biləcək gücə malikdir.

 

Əvvəlki Yazı

Azərbaycan Britaniya şirkətinə Gədəbəydəki filiz tullantıları anbarını genişləndirməyə icazə verib

Növbəti Yazı

ABŞ Asiya-Sakit okean regionunda əvvəlki təsirini itirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.