Avqust 19, 2025-1:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan və Serbiya müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub

2024:06:14 - 15:40
in SİYASƏT
A A

Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycanda işgüzar səfərdə olan Serbiyanın müdafiə naziri Bratislav Qaşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “Report”a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

V.Mustafayev nazir B.Qaşiçi yeni təyinatı münasibətilə təbrik edərək dost və tərəfdaş ölkənin nümayəndələrini Azərbaycanda görməkdən məmnun olduğunu ifadə edib.

Görüş zamanı V.Mustafayev ölkələr arasında münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolunu vurğulayaraq bir çox istiqamətlərdə olduğu kimi, müdafiə sənayesi sahəsində də sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edib və yeni texnologiyaların transferinin, birgə istehsal sahələrində əməkdaşlığın uğurla həyata keçiriləcəyinə əmin olduğunu bildirib.

Nazir Serbiyanın nümayəndə heyətini 24-26 sentyabrda keçiriləcək “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

V.Mustafayev ikitərəfli münasibətlərin inkişafı üçün Serbiyanın Azərbaycanda fəaliyyət göstərən hərbi attaşelik aparatının yaradılmasını yüksək qiymətləndirib.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən B.Qaşiç səmimi qəbula görə azərbaycanlı həmkarına minnətdarlığını bildirib. O, bu cür səfərlərin xüsusi əhəmiyyətə malik olduğunu, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün birgə layihələrin, həmçinin beynəlxalq müdafiə sərgilərində qarşılıqlı iştirakın əhəmiyyətindən bəhs edib.

Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, işgüzar səfərlərin təşkil edilməsi və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.

Əvvəlki Yazı

İsrail Fransanın Livanla münaqişənin həlli üçün üçtərəfli format ideyasını rədd edib

Növbəti Yazı

Media: Rumıniyada ikinci Patriot hava hücumundan müdafiə sistemi həyəcan vəziyyətinə gətirildi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.