Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin münaqişənin həlli ilə bağlı yeni təşəbbüsündə guya “real sülh təklifi” yoxdur.
O, X (keçmiş Twitter) səhifəsində yazıb: “Bunda yeni heç nə yoxdur, real sülh təklifi yoxdur”.
Podolyak həmçinin iddia edib ki, Kiyevin Rusiyanın sülh təkliflərində nəzərdə tutulduğu kimi bloksuz statusu qəbul etməsi “Ukraynanı müdafiəsiz qoyacaq”. O, həmçinin sülh təşəbbüsünün digər komponentlərini də rədd edib. (Tass)