İyunun 21-də Qazaxıstanın paytaxtında Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin energetika nazirlərinin növbəti iclası keçiriləcək. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə bildirib.
“İyunun 21-də Astanada ŞƏT-ə üzv ölkələrin energetika nazirlərinin 4-cü iclası keçiriləcək. Bu Qazaxıstanın təşəbbüsü ilə hazırlanıb, nümayəndə heyətlərinin rəhbərləri təşkilat çərçivəsində enerji əməkdaşlığının inkişafına dair strateji yanaşmaları da müzakirə edəcəklər”.
Öz növbəsində, Respublika Energetika Nazirliyindən aydınlıq gətirdilər ki, iclasa idarənin rəisi Almasadam Satkəliyev sədrlik edəcək. İclasda Rusiya, Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Tacikistan, Özbəkistan, həmçinin Belarus və Türkiyənin energetika nazirləri çıxış etməyi planlaşdırır.
İyulun 3-4-də Astanada ŞƏT sammiti keçiriləcək. (Tass)