Avropa İttifaqı (Aİ) hazırda 55 minə yaxın ukraynalı hərbçiyə təlim keçib və bu cür fəaliyyətləri davam etdirmək niyyətindədir. Bunu Aİ Baş Qərargahının rəhbəri, general-leytenant Mişel van der Laan deyib.
O xatırladıb ki, sözügedən proqram il yarım əvvəl başlayıb. “Son il yarım ərzində biz Avropa ərazisində, əsasən, Polşa və Almaniyada, həmçinin İspaniya, İtaliya, Çexiya, Litva, Latviya və digər ölkələrdə təxminən 55 min əsgərə təlim keçmişik”, – deyə bildirib. “Yaxın aylarda biz Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargahının tələbləri əsasında mümkün qədər çox şey etmək niyyətindəyik.
Eyni zamanda, van der Laan ” Ukraynadakı müharibənin Avropa İttifaqı üçün birbaşa təhlükə olduğunu” müdafiə edib. (Tass)