NATO-nun baş katibi Yens Stoltenberq F-16 qırıcılarının Kiyevə təhvil verilməsindən danışarkən bir cümlə ilə iki dəfə səhv edib: o, Ukrayna Hərbi Hava Qüvvələrini “NATO Hərbi Hava Qüvvələri” adlandırıb və “NATO pilotlarının” Ukraynada F-16-ları uçuracağını bildirib. O, bu qeydləri Vaşinqtondakı Vudro Vilson Mərkəzində çıxışı zamanı edib.
“F-16 təyyarələrinin Ukraynaya təhvil verilməsi NATO-nun, yəni Ukraynanın gələcək hərbi-hava qüvvələrini NATO ilə tam uyğunlaşdıracaq. NATO təyyarələri, NATO pilotları, yəni NATO-nun təlim keçmişləri, eləcə də bütün NATO prosedurları”, – o, bildirib.Stoltenberq vurğulayıb ki, alyans Ukrayna ordusunu NATO ilə tam uyğunlaşdırmaqla, əlavə hazırlıq olmadan “müttəfiq ölkələri arasında konsensus əldə olunan kimi Ukraynanı NATO-ya qəbul edə biləcək”. (Tass)