ABŞ prezidenti Co Bayden bazar ertəsi Ağ Evdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə Ukrayna və Hind-Sakit okean regionunda vəziyyəti müzakirə edib. Bu barədə Ağ Ev danışıqlardan sonra məlumat verib.
“Prezident NATO müttəfiqlərinin Ukraynanı dəstəkləmək və tərəfdaşlıqları, o cümlədən Hind-Sakit okean regionunda dərinləşdirmək üçün atdığı addımları alqışlayıb. Prezident Bayden və baş katib Stoltenberq həmçinin müdafiə xərcləri ilə bağlı əhəmiyyətli irəliləyişləri müzakirə edibllər. ÜDM-in 2%-i, prezident Baydenin vəzifəyə gəldiyi vaxtdan iki dəfə artıqdır”, – sənəddə qeyd olunur.. (Tass)