KXDR hərbçiləri təsadüfən Cənubi Koreya ilə sərhədi yenidən qısa müddət ərzində pozub və Cənubi Koreya hərbçilərinin xəbərdarlıq atəşindən sonra öz ərazisinə qayıdıblar. Bu barədə Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Cənubi Koreya tərəfinin məlumatına görə, iyunun 18-də yerli vaxtla saat 08:30-da ( Bakı vaxtı ilə 03:30) 20-30 əsgərdən ibarət qrup onun mərkəzi hissəsindəki demilitarizasiya zonası daxilində hərbi demarkasiya xəttini keçib. Koreya Respublikasının hərbçiləri texnikadan istifadə edərək xəbərdarlıq edib, sonra isə xəbərdarlıq atəşi açıb. Koreya Xalq Ordusunun əsgərləri daha sonra öz yerlərinə qayıdıblar. Komitə əlavə edib ki, qeyri-adi fəaliyyət müşahidə edilməyib.
Oxşar hadisə iyunun 9-da da baş verib. (Tass)