Almaniyada çevriliş planlaşdıran və 2022-ci ilin dekabrında ifşa edilən daha səkkiz sui-qəsdçinin məhkəməsi Münhendə (Bavariya federal əyaləti) başlayıb. DPA agentliyinin verdiyi məlumata görə , dinləmələr 2025-ci ilə qədər davam edəcək, lakin hökmün verilmə vaxtı dəqiqləşdirilməyib.
Münhendəki müttəhimlər “terror təşkilatında iştirak etməkdə və dövlət çevrilişi etmək üçün hərəkətlər hazırlamaqda” ittiham olunurlar. Ümumilikdə işdə 27 nəfər iştirak edir. (Tass)