Finlandiya prezidenti Alexander Stubb, Norveçin baş nazirləri Jonas Gahr Støre və İsveçin Ulf Kristersson və bu üç ölkənin müdafiə nazirləri Bododa keçiriləcək görüşdə təhlükəsizlik vəziyyəti və Ukraynaya gələcək dəstəyi müzakirə edəcəklər. Bu barədə Finlandiya prezidentinin ofisi məlumat yayıb.
İclas iyunun 20-də baş tutacaq. Finlandiya prezidenti, Norveç və İsveç hökumət başçıları Norveçin sahil mühafizə gəmisi KV Svalbard və silahlı qüvvələrin Reytandakı birgə qərargahına baş çəkəcəklər.
Norveçin müdafiə nazirləri Byorn Arild Qram, İsveç Pol Conson və Finlandiyanın Antti Hakkänen Ukraynaya dəstəyi və NATO-nun iyulda keçiriləcək sammitini müzakirə edəcəklər. Bəyanatda deyilir ki, birgə görüşdə prezident, baş nazirlər və nazirlər müdafiə sahəsində əməkdaşlığa, Baltik dənizi ilə Arktika regionu arasında əlaqələrə və qonşu ərazilərin təhlükəsizliyinə diqqət yetirmək niyyətindədirlər. (Tass)