Vaşinqton administrasiyası İsrailə yalnız bir silah tədarükünü dayandırıb və Yəhudi Dövlətinin baş naziri Benyamin Netanyahunun bununla bağlı açıqlamalarını anlamır. Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə bildirib.
O, ABŞ-ın İsrailə silah tədarükünü “son aylarda” məhdudlaşdırmaq qərarını ağlasığmaz adlandıran Netanyahunun bəyanatlarını şərh edərkən, “İcazə verin deyim ki, biz onun nə dediyini başa düşmürük” deyib.
“Bir sursat tədarükü dayandırılmışdı, eşitdiyiniz kimi, biz bu barədə İsrail tərəfi ilə konstruktiv müzakirələri davam etdiririk, bu barədə yeni bir şey deyə bilmərəm Jean-Pierre bildirib. “Artıq fasilələr yoxdur, daha çox dayandırılmalar yoxdur”. “Hər şey lazımi şəkildə edilir” deyə Ağ Evin sözçüsü vurğulayıb. (Tass)