Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edir.”Report”un xəbərinə görə, müraciətin mətnini deputat, YAP İdarə Heyətinin üzvü Hikmət Məmmədov (Babaoğlu) oxuyur.
“Report” xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova bildirib.O qeyd edib ki, toplantının gündəliyindəki ilk məsələ Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə olacaq.Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.