İyun 16, 2025-14:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Vahid Hacıyev: “Qarabağ dinamik inkişaf edən “təmiz enerji” mərkəzinə çevriləcək”

2024:06:21 - 12:44
in İQTİSADİYYAT
A A

Azərbaycan hökuməti Qarabağ regionunu dinamik inkişaf edən “təmiz enerji” mərkəzinə çevirmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.

“Cəbrayıl, Qubadlı və Zəngilanda zəngin günəş enerjisi resurslarından istifadə edərək, biz yaşayış binalarına və küçə infrastruktur sistemlərinə günəş panellərini inteqrasiya edirik. Bundan əlavə, elektrikli nəqliyyat vasitələri üçün günəş enerjisi doldurma stansiyaları, “ağıllı parkinq” və digər ekoloji cəhətdən təmiz həllər kimi təşəbbüslər davamlı təcrübələrin həyata keçirilməsinə sadiqliyimizi vurğulayır”, – o bildirib.

V.Hacıyev xatırladıb ki, Böyük Britaniyanın BP şirkəti 240 MVt gücündə günəş elektrik stansiyası tikmək niyyətindədir, “Nobel Energy” şirkəti isə Cəbrayılda 100 MVt gücündə günəş panelləri istehsalı zavodunun tikintisinə sərmayə qoymaq niyyətindədir.

Onun sözlərinə görə, bu təşəbbüslər Qarabağ regionunun dinamik inkişaf edən “təmiz enerji” mərkəzinə çevrilməsinə yönəlmiş milli strategiyaya üzvi şəkildə uyğun gəlir.

Əvvəlki Yazı

Bu gün görkəmli ədib Abbasqulu ağa Bakıxanovun doğum günüdür

Növbəti Yazı

Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin əsərləri özbək dilində nəşr edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.