Qəzza zolağında və Ukraynada münaqişələrin həlli üçün yeganə vasitə diplomatik səylərdir. Bunu Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani İspaniyanın xarici işlər naziri Xose Manuel Albareslə Madriddə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Biz Qətər Dövlətində hesab edirik ki, dərhal, təcili və davamlı atəşkəsə nail olmaq bütün cəbhələrdə eskalasiyanı azaltmağın yeganə yoludur, diplomatiya isə bütün bu münaqişələrə və müharibələrə son qoymağın yeganə yoludur”, – o vurğulayıb.
Bu kontekstdə baş nazir qeyd edib ki, Qətər İsveçrənin Bürgenstok şəhərində keçirilən Ukrayna ilə bağlı beynəlxalq konfransda “bütün tərəfləri BMT Nizamnaməsinə və beynəlxalq hüquqa riayət etməyə, habelə münaqişənin sülh yolu ilə həlli yolu tapmağa çağırmaq üçün iştirak edib”. (Tass)