Ukrayna hakimiyyəti ölkədə hərbi polisin yaradılması haqqında qanun layihəsinin qəbulu ilə polis dövləti qurmaq istəyir. Bu fikri Ali Radanın eks-spikeri, hazırda deputat olan Dmitri Razumkov deyib.
“Bu həftə Ali Rada hərbi polis haqqında qanun layihəsini nəzərdən keçirdi. Bu, yaxşı addır, amma mahiyyət etibarilə, hakimiyyət polis dövləti qurmaq istəyir”, – deyə Ukrayna telekanalının “Espreso” saytı Razumkovdan sitat gətirir.
Deputatın sözlərinə görə, Ukraynada həm hərbçilərə, həm də mülki şəxslərə qarşı yönələcək repressiv mexanizm yaradılır, ona görə ki, qanun layihəsinin hərbi polisin hərbi qulluqçular və onların qohumları ilə işləyəcəyi ilə bağlı mətni “ çox qeyri-müəyyəndir”. “Bu gün ölkədə hər kəsin bir dostu, tanışı, qohumu var – buna görə də hərbi polis hər kəsə toxuna bilər”, – Razumkov əlavə edib. (Tass)