Yəmənin üsyançı husilərin Ənsar Allah hərəkatı Qırmızı dənizdə batan Tutor yük daşıyıcısına hücum etmək üçün istifadə edilən, öz istehsalı olan yerüstü pilotsuz nəqliyyat vasitəsini təqdim edib.
Al-Masirah telekanalında nümayiş olunan kadrlarda Tufan-1 yerüstü pilotsuz uçan aparatı və gəmiyə hücum anı əks olunub. Bildirilir ki, qurğu 150 kq-a qədər çəkisi olan döyüş başlığını daşıya bilir və saatda 35 mil sürətə çata bilir. O, “yaxınlıqdakı stasionar və hərəkət edən dəniz hədəflərini vurmaq” üçün nəzərdə tutulub. (Tass)