Qırğızıstan Prezidenti Sadır Japarov iyunun 24-26-da Belçikaya səfər edəcək, səfər çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşəcək. Bu barədə Bişkekdə jurnalistlərə Qırğızıstan dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev bildirib.
“Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyunun 24-26-da Belçika Krallığına işgüzar səfər edəcək. Həmin gün dövlət başçısı Belçika Kralı Filiplə görüşəcək Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel ilə rəsmi görüşü keçiriləcək”.
Onun sözlərinə görə, qarşıdakı danışıqlar zamanı “Qırğızıstan və Avropa İttifaqı və Belçika arasında ticarət-iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri” müzakirə olunacaq.
“Səfər nəticəsində ikitərəfli birgə sənədlərin imzalanacağı gözlənilir”, – Əzımbakiyev vurğulayıb. (Tass)