İyun 16, 2025-12:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycanlı rəssam Başkortostanda etnik-bədii simpoziumda iştirak edəcək

2024:06:24 - 14:40
in MƏDƏNİYYƏT
A A

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının nümayəndəsi Eldar Babazadə “Tura-xan” etnik-bədii simpoziumunda iştirak etmək üçün dəvət alıb. İyulun 18-28-də Rusiya Federasiyasının Başkortostan Respublikasında keçiriləcək tədbir ənənəvi təsviri sənət növlərinin aktuallaşdırılması və Avrasiya Köçəri Sivilizasiyalar Muzeyinin yaradılması mövzularına həsr olunub.AZƏRTAC xəbər verir ki, “Tura-xan” etnik-bədii simpoziumu Rusiya Federasiyası Başkortostan Respublikasının Mədəniyyət Nazirliyi, Mədəni İrsin Daşınmaz Əmlak Obyektlərinin Mühafizəsi və İstifadəsi üzrə Elmi-İstehsalat Mərkəzi və “Şulqan-Taş mağarası” Tarix-Mədəniyyət Muzey-Qoruğunun dəstəyi ilə “Avrasiya Köçəri Sivilizasiyalar Muzeyi” qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunur.Yaradıcılığında etnik və folklor mövzularına toxunan peşəkar rəssamlar üçün maraqlı olacaq bu simpozium mühüm cazibə mərkəzləri olan Tura-xan məqbərəsində və Şulgan-Taş mağarasında keçiriləcək. Avrasiyanın coğrafi mərkəzi olan Başkortostan regionun zəngin mədəni irsini və adət-ənənələrini nümayiş etdirərək, həmçinin dünyanın hər yerindən iştirakçıları qəbul etməyə hazırdır.Eldar Babazadə simpozium çərçivəsində xalq adət-ənənələri mövzusunda öz eskizlərini təqdim edəcək. Rəssamın iştirakı xalqlar arasında mədəni dialoqun inkişafına və Azərbaycan incəsənətinin beynəlxalq aləmdə populyarlaşmasına töhfə olacaq.“Tura-xan” etnik-bədii simpoziumu Avrasiyanın köçəri xalqlarının incəsənətini və mədəni irsini təbliğ etmək məqsədi daşıyan illik tədbirdir.“Arts Council Azerbaijan” Azərbaycanın müasir və ənənəvi incəsənətinin beynəlxalq arenada dəstəklənməsi, onun təbliği ilə məşğul olan aparıcı təşkilatdır.

Əvvəlki Yazı

Rusiyada balans daha da ağırlaşır! Ölənlərin sayı isə 19-a yüksəlib

Növbəti Yazı

Cənubi Osetiya prezidenti Dağıstanda baş verən terror aktlarını dəhşətli cinayət adlandırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.