Avqust 22, 2025-3:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Braziliya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişaf potensialı müzakirə olunub

2024:06:24 - 17:05
in SİYASƏT
A A

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev və Milli Məclisin Braziliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Məmmədli iyunun 24-də Braziliya İşçi Partiyasının Beynəlxalq əlaqələr üzrə katibi Romenio Pereyra ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Adil Əliyev ölkələrimiz arasındakı əlaqələrin tarixindən söz açıb, Azərbaycan-Braziliya münasibətlərinin bugünkü səviyyəyə yüksəlməsində hər iki dövlətin ali rəhbərliyinin rolunu vurğulayıb.

Azərbaycanın beynəlxalq humanitar təşəbbüslərindən danışan Adil Əliyev ölkəmizin Qoşulmama Hərəkatına uğurla rəhbərlik etməsindən, hərəkatın Parlament Şəbəkəsinin yaradılmasına toxunub. Bu il ölkəmizdə COP29 kimi əlamətdar tədbirin keçiriləcəyini xatırladan Milli Məclis sədrinin müavini məhz belə möhtəşəm tədbirə ev sahibliyinin Azərbaycana həvalə edilməsini ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirib.

Braziliya İşçi Partiyasının Beynəlxalq əlaqələr üzrə katibi Romenio Pereyra Braziliya siyasi sistemi barədə məlumat verib, partiyasının siyasi mövqeyindən, nüfuzundan söz açıb, ölkələrimiz arasında əlaqələrin müxtəlif müstəvilərdə inkişaf etdirilməsindən danışıb. Qonaq qarşılıqlı səfərlərin münasibətlərin inkişafındakı xüsusi rolunu vurğulayıb.

Görüşdə Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətlərin dərinləşdirilməsi, o cümlədən parlamentlərarası əlaqələrin inkişaf potensialı və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Mərkəzi Elmi Kitabxana könüllüləri fəaliyyətə cəlb etmək üçün müsabiqə keçirir

Növbəti Yazı

Ceyhun Bayramov Qırğız Respublikasının yeni səfiri Maksat Mamıtkanovu qəbul edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.