Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, son vaxtlar fəal şəkildə tənqid olunan Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Yuri Sodolu vəzifəsindən azad edir. Onun yerinə briqada generalı Andrey Qnatov təyin edilib.
“Mən Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Yuri Sodolu briqada generalı Andrey Qnatovla əvəz etmək qərarına gəldim”, – deyə Zelenski Telegram kanalında yayımladığı videomüraciətdə bildirib. (Tass)