İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Herzi Halevi istefa verməlidir. Bu fikri Reyxman Universitetində keçirilən konfransda Mossad kəşfiyyatının keçmiş direktoru Tamir Pardo (2011-2016) deyib.
“Mən Herzini 30 ildir tanıyıram. Baş verənlərin onun liderlik keyfiyyətləri ilə heç bir əlaqəsi yoxdur”. “Bu, ölkə və İD üçün yaxşı deyil, oktyabrın 9-da hökumətin [rəhbərliyin] əməliyyat səviyyəsi ilə birlikdə istefa verəcəyi gözlənilirdi”, – deyə kəşfiyyat xidmətinin keçmiş rəhbəri bildirib. (Tass)