TASS müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, Keniyada etirazçılar vergi artımı nəzərə alınmaqla büdcə layihəsinə səsvermənin keçirildiyi parlament binasına soxulublar.
Şəhərin mərkəzində atışma və partlayış səsləri eşidilir, parlament binasından tüstü gəlir. Vətəndaş xəbər verir ki , nümayişçilər binanı yandırıblar.
Səhər saatlarından insanlar şəhərin inzibati qurumlarının yerləşdiyi biznes mərkəzinə, o cümlədən polis tərəfindən mühasirəyə alınan parlamentə gələrək prezidentin istefası tələblərini səsləndirməyə başlayıblar. Yerli mətbuatın yazdığına görə, polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etməli olub. Bir neçə nəfərin ölümü ilə nəticələnən həqiqi döyüş sursatından istifadə edildiyi də bildirilir.