Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Dağıstanda törədilən terror aktlarını pisləyib, həlak olanların ailələrinə, eləcə də Rusiya hökumətinə başsağlığı verib.
“Səudiyyə Ərəbistanı Krallığı Dağıstan Respublikasında dini ibadət yerlərində çoxsaylı təhlükəsizlik qüvvələrinin və mülki şəxslərin həlak olması və yaralanması ilə nəticələnən terror aktlarını pisləyir”, nazirliyin X (keçmiş Twitter) səhifəsində dərc olunan bəyanatında deyilir.
Sənəddə vurğulanır ki, Səudiyyə Ərəbistanı “terrorizmin, ekstremizmin və mülki şəxslərə hücumun bütün formalarını” rədd edir. Departament “həlak olanların ailələrinə, Rusiya Federasiyası hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib” və həmçinin “yaralıların tezliklə sağalmasını” arzulayıb. (Tass)