ABŞ Rusiya rəsmilərinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) təhqiqatını və digər prosesləri dəstəkləyir. Bu bəyanatla Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə çıxış edib.
“Biz Rusiyaya (Ukraynaya) dair bir sıra araşdırmaları, o cümlədən BCM tərəfindən aparılan araşdırmaları dəstəkləyirik” deyib.
Dövlət Departamentinin sözçüsü Vaşinqtonun bu cür araşdırmalara kömək edib-etmədiyini dəqiqləşdirməyib. “Mən bizimlə bu cür araşdırmalar aparan hər hansı qurum arasında olan şəxsi söhbətlər və özəl kanallarla bağlı heç nə danışmayacağam. Dediyim kimi, biz BCM-in istintaqını, eləcə də hər hansı məsuliyyət araşdırmalarını dəstəkləyirik”, – o deyib. (Tass)