ABŞ və Vyetnam hakimiyyətinin nümayəndələri iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, yarımkeçiricilərin istehsalı və mədənçıxarma sahəsində qarşılıqlı əlaqəni müzakirə ediblər. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı iki ölkənin birgə bəyanatında deyilir.
Sənəddə qeyd edildiyi kimi, Vyetnamın planlaşdırma və investisiya naziri Nquyen Çi Dung və ABŞ dövlət katibinin iqtisadi artım, enerji və ətraf mühitin mühafizəsi üzrə müavini Xose Fernandes Vaşinqtonda “iqtisadi sahədə hərtərəfli strateji dialoq” çərçivəsində ilk görüş keçiriblər”.
Onlar “yarımkeçirici təchizat zəncirlərini gücləndirmək üçün əməkdaşlığın genişləndirilməsini, Vyetnamın yüksək texnologiyalı işçi qüvvəsinin dəstəklənməsini, bərpa olunan enerjiyə keçidin sürətləndirilməsini, iqlim dəyişikliyinin azaldılması səylərini və kritik minerallar üzrə əməkdaşlığı müzakirə ediblər”.
Onlar həmçinin “ticarət və beynəlxalq maliyyə sahəsində risklərin aradan qaldırılması, kibertəhlükəsizliyin, kritik informasiya və kommunikasiya infrastrukturunun gücləndirilməsi və Vyetnamın tənzimləyici çərçivəsinin yüksək keyfiyyətli investisiyaları cəlb etməsi və davamlı və inklüziv iqtisadi artımı təşviq etməsi” haqqında danışıblar. (Tass)