Sentyabr 10, 2025-1:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri Kür çayına balıq buraxıblar

2024:06:26 - 14:35
in GÜNDƏM
A A

Ölkəmizdə işgüzar səfərdə olan BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersonun rəhbərlik etdiyi nümayəndə heyəti Neftçalada “Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyətinə baş çəkib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə nümayəndə heyətinə müəssisənin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, müəssisə əsasən Xəzər dənizinin bioloji resurslarının idarə olunması və nərəcinsli balıqların təbii mühitdə populyasiyasının bərpası üçün fəaliyyət göstərir. Əsasən nərəcinsli balıqların 4 növü – bölgə, kələmo, nərə və uzunburun balıqlarının süni yolla artırılması ilə məşğuldur.

Qeyd olunub ki, müəssisədə ümumi 4 istehsal sexi mövcuddur. Həmin sexlərdən ən böyüyü dairəvi hovuzlar sexidir. Burada çəkisi 1 qramdan başlayan körpə balıqların yetişdirilərək təbii mühitə buraxılması həyata keçirilir. Hər bir hovuzda balıqların növündən asılı olaraq 20-25 min ədəd körpə balıq saxlanılır. Hazırda zavodda 100 qramdan 15 kiloqrama qədər müxtəlif yaş və növdə balıqlar var.

İnkubasiya sexində törədici balıqlar saxlanılır və onlardan alınan kürülər dairəvi hovuzlarda sürfələr şəklində böyüdülür və təbiətə buraxılışı həyata keçirilir. Belə ki, inkubasiya sürfələr bir ay yarim müddətində yemlənərək 200 qrama çatdırılır. Daha sonra onlar Kür çayı ilə Xəzər dənizinin qovuşması hissəsinin yaxınlığında suya buraxılır.

Yem sexində körpə balıqlar üçün canlı yemlər istehsal olunur. Dördüncü sex isə elektromexaniki sexdir.

Bildirilib ki, indiyə kimi “Xıllı Balıq” MMC-də 80 milyondan çox nərəcinsli balıq buraxılışı həyata keçirilib.

Daha sonra İnger Andersonun rəhbərlik etdiyi nümayəndə heyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin iştirakı ilə çəkisi 200-300 qram olan çəkikimilər və nərə balıqları Kür çayının mənsəbinə buraxılıb.

Əvvəlki Yazı

Bolqarıstan parlament koalisiyasının lideri kəşfiyyat xidmətlərinin işlərinə qarışmağa cəhddə ittiham olunub.

Növbəti Yazı

ABŞ nümayəndə heyəti İsveçrədəki konfransı “peyin yığını” kimi qəbul edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.