Bloomberg mənbələrə istinadən yazır ki, bəzi NATO müttəfiqləri Ukraynaya hərbi yardım üçün xərcləmələrə dair uzunmüddətli öhdəliklər götürməkdən imtina edirlər. Agentliyin məlumatına görə, bəzi ölkələr gələcəkdə Ukrayna Silahlı Qüvvələrinə ehtiyac olacağını anlamadıqları üçün Kiyevə uzunmüddətli dəstək haqqında sənəd imzalamağa hazır deyillər.
Bloomberg həmsöhbətlərinin fikrincə, alyans ölkələrindən bəziləri konkret məbləğdə yeni yardımlar barədə vədlər verməkdən qorxur və onu eyni həcmdə davam etdirmək istəyirlər. Bir sıra digər ölkələr dəqiq maliyyələşdirmə rəqəmlərini dərc etməkdən narahatdırlar, çünki bu, maliyyələşdirmənin faktiki həcmi haqqında məlumatı üzə çıxara bilər. Agentlik bildirir ki, müttəfiqlər də öz silah ehtiyatlarının azaldılması ilə bağlı narahatlıqlarını ifadə edirlər.
Müzakirələr NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynaya hər il ən azı 42,7 milyard dollar verilməsi təklifi fonunda aparılır. Planın şərtləri mayın sonunda açıqlanıb və iyulun əvvəlində alyansın sammitində Ukrayna prezidenti Vladimir Zelenskiyə təqdim ediləcəyi gözlənilir.