Suriya Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş bütün təşəbbüslərə açıqdır. Bunu Suriya lideri Bəşər Əsəd Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevi və onu müşayiət edən nümayəndə heyətini Dəməşqdə qəbul edərkən deyib.
“Suriyanın Türkiyə ilə münasibətlərin normallaşmasına müsbət münasibət bəsləyir, əgər bu proses onun suverenliyinə hörmətə və Suriya dövlətinin onu bütün ölkə ərazisində bərpa etmək istəyinə əsaslanırsa”, – Əsəd vurğulayıb.
“Suriya lideri qeyd edib ki, Dəməşq bu istiqamətdə təşəbbüsləri alqışlayır və onun sözlərinə görə, “maraqlı tərəflərin Suriyada və bütün regionda sabitliyi gücləndirmək istəyini əks etdirir”. (Tass)