Avropa İttifaqı Ukraynanın “Avropa yolundan” çıxacağı təqdirdə ona yardımdan imtina edəcək. Bu barədə Reuters agentliyi Avropa İttifaqı ilə təhlükəsizlik sazişinə istinadən məlumat yayıb.
“Avropa İttifaqının cümə axşamı Vladimir Zelenski ilə təhlükəsizlik sazişi imzalaması gözlənilir. Aİ-nin sənəd layihəsində deyilir ki, “Ukrayna öz Avropa yolunu tutduqca” onun öhdəlikləri qüvvədə qalacaq”, – agentlik bildirir.
Sənəd layihəsində bəzi “yeni təcavüz” halında Ukrayna ilə Aİ arasında 24 saat ərzində məsləhətləşmələrin keçirilməsi də təklif edilir. Ukrayna Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə siyasəti sahələrində əməkdaşlıq edəcək. (Qazeta.ru)