Rusiyanın Türkiyədəki səfirliyinə Ankaranın oktyabrın sonuna qədər ev sahibliyi etməyə hazırlaşdığı iddia edilən Ukrayna ilə bağlı beynəlxalq konfransa məlumat və ya dəvət gəlməyib.
“Bizə bu barədə məlumat verilməyib, dəvət almamışıq”, – Rusiya diplomatik nümayəndəliyindən Tass müxbirinə bildiriblər.
Bundan əvvəl Bloomberg mənbələrə istinadən Ankaranın Ukrayna münaqişəsinin həlli üzrə beynəlxalq görüşə hazırlığı barədə məlumat yayıb.