İsrail ordusu İordan çayının qərb sahilinin Nablus şəhərində ərəb sakinlər arasında baş verən iğtişaşları yatırtmaq üçün atəş və gözyaşardıcı qazdan istifadə edib.
Fələstin Qızıl Aypara Cəmiyyətinin təcili tibbi yardım xidmətinin rəhbəri Əhməd Cəbrilin WAFA-ya verdiyi məlumata görə , gecə toqquşmaları nəticəsində yaralıların sayı 70-dən 120-yə yüksəlib: “Onların əksəriyyəti boğulma əlamətləri ilə xəstəxanalara yerləşdirilib ”.
Həkimin sözlərinə görə, könüllülər yaralılardan birini çıxararkən İsrail patrulu təcili yardıma hücum edib. (Tass)